Ölkəyə gələnlər gedənlərdən üç dəfə çox olub

olkeye-gelenler-gedenlerden-uc-defe-cox-olub
Oxunma sayı: 999

2020-ci ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1516 nəfər gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu müddətdə Azərbaycandan 531 nəfər gedən şəxs qeydə alınıb.

Beləliklə, miqrasiya saldosu müsbət 985 nəfər təşkil edib.

Günel Türksoy