Ölkəyə gətirilən tibbi maska və əlcəklər daha 1 ay gömrük rüsumundan azad edildi

olkeye-getirilen-tibbi-maska-ve-elcekler-daha-1-ay-gomruk-rusumundan-azad-edildi
Oxunma sayı: 1580

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

"Qafqazinfo"nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı " “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Bu müddət iyunun 1-dən  iyulun 1-dək uzadılıb.