Ölkəyə gizli yolla araq gətirmək istədi - Fotolar

olkeye-gizli-yolla-araq-getirmek-istedi
Oxunma sayı: 1784

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

“Qafqazinfo”nun komitəyə istinadən verdiyi məlumata görə, gömrük baxışı zamanı avtomobilin yük yerində olan soyuducu ilə dəmir örtüyün arasında gömrük nəzarətindən gizlədilən 0,7 litrlik qablaşdırmada 50 ədəd “Beluga Transatlantic” markalı spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.