Ölkəyə qanunsuz dərman keçirməyə çalışdı - Foto

Ölkəyə qanunsuz dərman keçirməyə çalışdı
Oxunma sayı: 1017

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 6 min ədəd müxtəlif markalı siqaretlərin, 3 ədəd spirtli içki və 53 qutu müxtəlif markalı dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz 1844”, Azərbaycan vətəndaşının isə idarə etdiyi “Mercedes Benz 1840 LS” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 3 ədəd spirtli içki, 6000 ədəd "Marlboro" markalı siqaretlər, 6 adda, 53 qutu dərman preparatları və 10 ədəd tibbi ləvazimatlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi