Fransa prezidenti Fransua Ollandın bərbərinin aylıq maaşının 9895 avro olduğu məlum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı Oliver adlı bərbər 2012-ci ildə beş illik müqavilə ilə işə götürülüb.
Müqavilə şərtlərinə görə, bərbər prezident üçün hər zaman əlçatan olmalı və onu xarici səfərlərində müşayiət etməlidir. Bundan başqa, Oliver müqavilə müddətində əldə etdiyi məlumatları sirr olaraq saxlayacağına təminat verib.
Qeyd edək ki, Olland bu il öz məvacibini 30 faiz azaldaraq ayda 14999 avroya endirmişdi.
Son xəbərlər
Son Xəbərlər