Füzuli Dövlət Dram teatrı 2016-cı il repertuarında olan Ş.Qurbanovun "Olmadı elə, oldu belə” əsərini Horadiz şəhərində yerləşən idarə və müəssisələrin, həmçinin rayon Təhsil şöbəsinin kollektivinə təqdim edib.
"Qafqazinfo" xəbər verir ki, tamaşanın quruluş rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rolları Qaçaq Qarayev, Sehran Xanlarov, Əli Hüseynov, İntizar Quliyeva, Fatimə Səfərəliyeva, Firuzə Səfərəliyeva, Elşən Gözəlov, Aygün Cəfərova, Vüqar Babayev və başqaları ifa ediblər.
Tamaşa qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tamaşanın sonunda çıxış edənlər tamaşadan razı qaldıqlarını bildirdilər və kollektivə gələcək işlərində uğurlar arzulayıblar.


Son xəbərlər
Son Xəbərlər