“Olmadığımız yerdə səsimizin eşidilməsini Türkiyənin diplomatları həyata keçirirlər”

olmadigimiz-yerde-sesimizin-esidilmesini-turkiyenin-diplomatlari-heyata-kecirirler
Oxunma sayı: 763

“Beynəlxalq ədalətin təsis olunmasında bu gün qardaş Türkiyənin etdikləri bütün dünya üçün örnəkdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, 500 illik bir mirasa sahib olan türk diplomayasının qazandığı uğurlar Türkiyənin beynəlxalq aktor kimi rolunu gündən-günə artırır:

“Dünyanın ən geniş 5-ci diplomatik təsisatına malik diplomatik təmsilçilikləriniz bu gün Türkiyənin gücünə güc qatır. Əminik ki, Türkiyənin olmadığı bir platformada Azərbaycanın tətbiq etdiyi kimi, bizim olmadığımız bir yerdə səsimizin, sözümüzün eşidilməsini qardaş Türkiyənin diplomatları həyata keçirirlər. Türkiyə bir çox digər sahələrdə olduğu kimi həm də diplomatiyada yeniliklərin ortaya çıxması və tətbiqində qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Antalya Diplomatiya Forumundakı uğurlarınız, dijital diplomatiyadakı adımlarınızı yaxından izləyir, təcrübədən məmnuniyyətlə istifadə edirik. Türkiyənin diplomatiyada qabaqcıl və mərkəzi ölkəyə çevrilməsini sevinc və fəxrlə qarşılayır, uğurlarınızı öz uğurumuz kimi qəbul edirik. Qazi Mustafa Kamal Atatürkün “Yurtda sülh, cahanda sülh!” kəlamı, Prezident Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür!” ifadəsi Türkiyə diplomatiyasının kökündə hər zaman barış və ədalətin dayandığını bir daha ortaya qoymuşdur. Elə bu səbəbdən də təsadüfi deyil ki, qardaş ölkəmiz qlobal güclərin hesablaşdığı bir aktora çevrilmişdir. Türkiyə bu gün dünyanın bir çox bölgəsindəki münaqişələrin həllinə etibar edilir və vasitəçi kimi dəvət olunur. Suriya, Liviya, Ukrayna böhranlarında Türkiyənin beynəlxalq hüquq və insani dəyərlərə əsaslanan vasitəçiliyi, prinsipiallığı türk diplomatiyasının dərinliyi, insan və ədaləti hər zaman ön planda saxlayan dinamikasını nümayiş etdirmişdir”.