Ölmədi və bütün dünyanı hədələdi - Video

olmedi-ve-butun-dunyani-hedeledi-video
Oxunma sayı: 653

Paytaxt Dəməşq şəhərində Türkiyənin «Ulusal» telekanalına müsahibə verən Əsəd Ərəb Liqası və qonşularına qarşı sərt çıxışlar edib. Əsəd bildirib ki, Suriyada davam edən qətliamların səbəbi qonşu ölkələrin müxalif qüvvələrin silahlandırılması və istiqamətləndirilməsində fəal iştrak etməsidir.

Əsəd, eyni zamanda, Ərəb Liqasının Suriya müxalifətini qurumda yeganə legitim təmsilçi kimi tanımasını da tənqid edib: “Ərəb Liqasının özünün legitimliyə ehtiyacı var. Bu qurum ərəb millətlərini deyil, ərəb dövlətlərini müdafiə edir. Ona görə, bu quruma üzv olan ölkələr öz legitimliklərini çoxdan itiriblər. Hazırda biz Suriyaya hücum edərək rəhbərliyin devrilməsinə çalışan terrorçu qüvvələrin əhatəsi altındayıq”.

Bəşər Əsəd İraq hökumətinin Suriyaya terrorçu müdaxiləsinə qarşı çıxdığını, lakin sərhədlərdə bu cür halların qarşısını ala bilmədiyini qeyd edib. Bundan başqa Livan və İordaniyada Suriyaya daxil olmaq üçün xüsusi hazrılıq görən insanların olduğunu deyən Əsəd, Türkiyənin rəsmi şəkildə terrorçuları yetişdirərək Suriyaya göndərdiyini müsahibəsində bildirib.

Qeyd edək ki, Bəşər Əsəd rejimi 2011-ci ildə beynəlxalq qanunlara itaətsilik etdiyi üçün, Ərəb Liqası cəza tədbiri olaraq qurumun tərkibində Suriyanın üzvlüyünü dayandırmışdı.