“Ölməkdən qətiyyən qorxmurdum” - “Qəbələ”nin prezidenti+Video

olmekden-qetiyyen-qorxmurdum
Oxunma sayı: 2150

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş Nəcəfov həmin anlardan danışıb:

“Qorxmaq nədir? Qətiyyən ölümdən qorxmurdum. Ağlım kəsəndən bu tərəfə hər şey yadımdadır. Mənim 15 yaşım var idi. O vaxt kənddə kağız şəklində dəvətnamə yox idi. Yaşadığım məhlədə xeyir və ya şər olanda kəndimizdəki 300 evin hər birinə xəbər verirdim ki, belə bir şey var. O evlərin hər birinin qapısı, girişi yadımdadır. Bizim kənd ən son işğal olunmuş kənd idi. Bizdə qalan kəndlərə gedib öz kəndimizi izləyirdim. Həddindən artıq o yerlərə bağlı idim. İmkanım olsa idi, indi köçərəm Ağdama”. 

Nəcəfov Ağdamda tikiləcək “İmarət” stadionundan danışıb: “Gözəl stadion tikiləcək. Əgər həmin vaxta qədər “Qəbələ”də qalsam, orda oynamaq əla hiss olacaq”. 

Müsahibənin videosunu təqdim edirik: