“Ölüm bir gün sizin də qapınızı döyəcək”

olum-bir-gun-sizin-de-qapinizi-doyecek
Oxunma sayı: 735

“Ölüm xəbərim yayıldı. Nə məqsədlə, kimin sifarişi ilə oldu bilmirəm. Buna sevinənlər və kədərlənənlər oldu. Amma hər kəs bilir ki, ömrü verən Allahdır. Alan da odur! Əsas odur ki, ömrü dəyanətlə yaşayasan”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. 

Aktrisa ölüm xəbərini eşidib sevinənlərə müraciət edib:

“Özündən sonar azacıq bir iz qoyub gedəsən. əgər mən bu gün sənətimlə bir çox insanların qəlbinə yol tapıb sevgi qazanmışamsa, deməli, bu həyatı boş yaşamamışam. Dünyaya gəldiyim gündən həyat məni çox sınağa çəkdi. Vurdu, sürüdü, yıxdı, yaraladı. Amma qəlbimdən insanlara qarşı sevgi və mərhəməti əlimdən ala bilmədi.

Buna görə xoşbəxtəm. Mənim ölüm xəbərimi eşidib sevinənlərə demək istəyirəm ki, heç kim xəstəlikdən, ölümdən siğortalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm. Allah sizə hidayət etsin, qəlbinizə mərhəmət hissi bəxş etsin”.