Ölüm cəzasının ləğvindən 16 il ötür

olum-cezasinin-legvinden-16-il-otur
Oxunma sayı: 952


1998-ci il fevralın 10-da Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv edilərək ömürlük həbs cəzası ilə əvəzlənib. “Qafqazinfo” xəbər verir ki, həmin dövrdə ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənən 127 məhkum var idi.

Bununla da Azərbaycan MDB məkanında bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb.

Məlumat üçün deyək ki, ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra ölkələrdə hələ də ölüm cəzası qüvvədədir.