“Ölüm mələyi” öldürülüb - 55 qətl törətmişdi

olum-meleyi-oldurulub
Oxunma sayı: 986

ABŞ-da silsilə qətlər törətmiş “Ölüm mələyi” ləqəbli məhkum Donald Harvi  həbsxanada döyülərək öldürülüb.

“Qafqazinfo” “xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi  məlumat yayıb.

Hadisə Ohayo ştatının Tolido şəhər həbsxanasında qeydə alınıb. Ömürlük azadlıqdan məhrum edilmiş 64 yaşlı D.Harvi martın 28-də axşam saatlarında döyülüb. O aldığı ağır xəsarətlərdən iki gün sonra xəstəxanada dünyasını dəyişib.

Cinayəti törədənlərin kimliyi məlum deyil. 

Xatırladaq ki, Harvi 1970-1980-ci illərdə Tsinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) xəstəxanalarında sanitar işləyən zaman xəstələrin yeməyinə zəhər qatmaqla və ya süni nəfəs aparatından ayırmaqla xəstələri qətlə yetirməkdə günahkar bilinib.  

Harvi ümumilikdə 55 nəfəri öldürdüyünü etiraf edib.