Amerikalı aktrisa və model Tanya Roberts 65 yaşında çərşənbə axşamına keçən gecə Los-Anceles xəstəxanalarının birində dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “TMZ” portalı onun ərinə istinadən xəbər verib.
KİV Robertsin nümayəndəsinə istinadən aktrisanın klinikada hələ yanvarın 3-də vəfat etdiyini bildirmişdi. Lakin daha sonra məlum olmuşdu ki, Roberts hələ sağdır və ağır vəziyyətdə intensiv terapiya şöbəsindədir.
Aktrisa Milad bayramı ərəfəsində hospitalizə edilmişdi. O, itlərlə gəzintidə huşunu itirmişdi. Həyat yoldaşı Lens O`Brayenin sözlərinə görə, söhbət böyrəkləri və qaraciyəri sıradan çıxaran naməlum xəstəlikdən gedir.
Qeyd edək ki, Tanya Roberts 1980-ci illərin seks-simvollarından biri sayılır. “Öldürməyə baxış” filmində (1985) o, Ceyms Bond rolunu oynayan Rodcer Murun tərəf-müqabili olmuşdu.

Tanya Roberts “Öldürməyə baxış” filmində Steysi Satton rolunda
Son xəbərlər
Son Xəbərlər