2016-cı ildə ölümcül avtomobil qəzası keçirən amerikalı xizəkçi Kolbi Stevenson Pekin-2022 Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, 6 il öncə qəza zamanı kəllə beyin travması alan, qabırğaları qırılan idmançının bu nəticəsi hamını təəccübləndirib.
O, sərbəst xizək yarışlarında fəxri kürsünün ikinci pilləsinə yüksələ bilib.
Qəzadan sonra möcüzəvi şəkildə həyatda qalan Stevenson özü də bu uğurunun onun üçün xüsusi yerə sahib olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər