Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 249-a, bu virusa yoluxanların sayı isə 7153-ə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.
“Hubey əyalətində 7153 koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 166-sı xəstəxanalardan buraxılıb, 249-u ölüb”, - məlumatda deyilir.
Ötən sutka ərzində əyalətdə 1347 yeni yoluxma, 45 ölüm qeydə alınıb. 50 nəfər xəstəxanlardan evə buraxılıb.
**
Çində koronavirusdan 259 nəfər ölüb, 11 mindən çox insan bu virusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.
Son sutka ərzində 2102 yeni yoluxma faktı qeydə alınıb. Honkonqda 13, Makoda 7, Tayvanda isə 10 nəfər koronavirusa yoluxub.
Son xəbərlər
Son Xəbərlər