Ölümdən son anda xilas oldular -

olumden-son-anda-xilas-oldular-
Oxunma sayı: 748


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər nazirliyin dalğıc-xilasediciləri tərəfindən 2 nəfər xilas olunub.

Növbəti hadisə Xəzər rayonu ərazisində qeydə alınıb. Orada da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batmaq təhlükəsi ilə üzləşən şəxsin həyatı xilas edilib.

 

“Qafqazinfo”