“Yaxın vaxtlarda 90 yaşım olacaq və mən hamı kimi olacağam. Hər kəsin əlbəttə ki, sonu var”.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kubanın eks-lideri Fidel Kastro Kuba Kommunist Partiyasının toplantısında bildirib.
Onun sözlərinə görə, tədbirdəki çıxışı da partiya yoldaşları arasında son çıxışı ola bilər.
Qeyd edək ki, aprelin 20-də Kuba Kommunist Partiyasına seçkilər keçirilib. F. Kastronun kiçik qardaşı Raul Kastro partiyanın rəhbəri seçilib.
Son xəbərlər
Son Xəbərlər