Türkiyənin tanınmış müğənnisi Tuğba Yurt sevgilisini həbs etdirib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Okan Gençin onu ölümlə hədələməsidir.
Belə ki, yanvar ayında ayrılan cütlüyün münasibətləri gərginləşməyə başlayıb. O.Genç ayrılığı həzm edə bilməyib, konsert üçün İstanbuldan kənarlaşan müğənniyə zənglər etməyə başlayıb. Həm də ifaçının meneceri olan Okan Tuğbaya bıçaq şəkli ataraq şantaj xarakterli mesaj yazıb: “Qapının qarşısında, hava limanında, təyyarədə, səhnədə…Harda olsa, səni öldürəcəm”.
T. Yurt konsertində təhlükəsizlik xidmətini gücləndirib, daha sonra İstanbul Ailə Məhkəməsinə müraciət edib. Hakim O. Gençə 10 ay 7 gün həbs cəzası verib, eyni zamanda 6 min 240 TL pul dəyərində cərimələyib.
Son xəbərlər
Son Xəbərlər