“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, ötən il noyabrın 1-i gecə saat 3 radələrində, Yasamal rayonunun M.Həsənov küçəsində yerləşən “Günəş” kafesində kütləvi dava baş verib. Münaqişə zamanı Bakı ş. sakini Rəsul Süleymanov döş qəfəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib. Bundan əlavə şəhər sakini Tofiq Mehdiyev kürək nahiyəsinin, Şirvan ş. sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər əl və ayaq nahiyələrinin kəsilmiş xəsarətləri ilə Respublika xəstəxanasına daxil olaraq, həyatları xilas edilib.
Səhərisi gün şübhəli şəxslər Yasamal RPİ və 29-cu polis bölməsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində saxlanılaraq, istintaqa təqdim olunublar.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan olunub.
Məhkəmə baxışı aprelin 14-nə təyin edilib.
Ətraflı məlumat proses yekunlaşanda veriləcək.
Son xəbərlər
Son Xəbərlər