“Ölümümdə özüm günahkaram...” - - İntihar edən qazi ilə bağlı rəsmi açıqlama

olumumde-ozum-gunahkaram-
Oxunma sayı: 2546


“Qafqazinfo”ya Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə şatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb.  Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış “ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub aşkar edilib.

B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, mediada B. Əhmədovun ölümündə rayon icra başçısı ittiham olunur. Sözügedən hadisə ilə bağlı bizimxeber.az saytında xəbər dərc olunub. Məlumatda bildirilir:

“Rayon icra başçısının müavini Baxış Abdullayev qazinin müdir işləyən həyat yoldaşını yanına çağıraraq ondan 5000 min manat pul istəyib. Səbəb kimi isə rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün pul lazım olduğu göstərilib. Baxış Abdullayev bildirib ki, tapşırıq icra başçısı Nizaməddin Quliyev tərəfindən verilib. Bu qədər pulu düzəldib verə bilməyəcəyini görən xanım direktor baş verənləri həyat yoldaşı Bəxtiyara danışıb və onu icra başçısı ilə görüşə göndərib. İcra başçısı ilə görüşən Bəxtiyar onlarda bu qədər pulun olmadığını deyib. Lakin başçı onu təhqir edərək otaqdan qovub. Nəticədə də Qarabağ qazisi Bəxtiyar özünü binanın 5-ci mərtəbəsindən ataraq öldürüb”.

Murad Əhməd