22 yaşlı reqbi oyunçusu Navarre Herbert toyundan bir gün sonra dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, beyin xərçəngindən əziyyət çəkən 22 yaşlı idmançı uşağının anası Maya Falvasserlə ailə qurub. Xərçəng diaqnozunu oğlu Kayrinin dünyaya gəlməsindən 2 ay sonra alan Navarreni xoşbəxt etmək üçün Maya özlərinə toy etmək qərarına gəlib.
Dostları ilə nikah mərasimi təşkil edən Maya və Navarre hər ikisi ağ geyimdə olub. Toydan bir gün sonra dünyasını dəyişən Herbertin dəfn mərasimində yaxınları göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Kayrinin sabah bir yaşı olacaq.








Son xəbərlər
Son Xəbərlər