Ölümündən sonra “Emmi”yə layiq görüldü

olumunden-sonra-emmiye-layiq-goruldu
Oxunma sayı: 1484

ABŞ-ın Milli Basketbol Assosiasiyasının “Los-Anceles Leykers” klubunun keçmiş müdafiəçisi Kobi Brayant “Emmi” mükafatının laureatı olub. “Qafqazinfo” bildirir ki, bu barədə Amerika Televiziya Akademiyasının rəsmi saytında məlumat verilib.

Qeyd edilir ki, idmançı xeyriyyəçiliklə məşğul olub, həmçinin Los-Anceles və Cənubi Kaliforniya sakinlərini ilhamlandırıb.

“Emmi” mükafatlarının təqdimetmə mərasimi iyulun 18-də baş tutacaq.

Qeyd edək ki, Brayant yanvarın 26-da şəxsi helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. O, 13 yaşlı qızı ilə bərabər basketbol matçına gedirmiş. Doqquz sərnişindən heç biri sağ qalmayıb.