Qəbirlərin yanında lopalar yandırılır. Ziyarətə gələnlər səməni, şirniyyat və digər ərzaqlar qəbirlərin üstünə qoyurlar.
Digər bayramlar kimi Novruz və ərəfəsindəki İlaxır çərşənbədə də qəbiristanlıq ziyarətləri aktuallaşır. Ancaq Novruz və İlaxır çərşənbədə qəbiristanlıqda tonqal qalayanlar, qəbirüstünə bayram sovqatları qoyanlar var.
Bənzər ənənələr digər rayonlarda da yaşanır. Hətta son 1 ildə ölən şəxslərin yaxınları bu günü qara bayram kimi qeyd edir. Din xadimləri qəbirləri ziyarətini, ölənlərin ruhuna dua etməyi normal saysalar da qəbirüstünə şirniyyat və digər əşyaları düzməyi, habelə tonqal qalamaq kimi adətləri doğru saymır.
Xəzər Xəbər
Son xəbərlər
Son Xəbərlər