“Olympus Pub”da 8 nəfər cəzalandırıldı

olympus-pubda-8-nefer-cezalandirildi
Oxunma sayı: 1633

Sabunçu rayonu ərazisində karantin rejimi qaydalarına əməl etməyən restoran aşkar edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, restoranda xüsusi karantin rejimi qaydalarına əməl edilməyib, müəyyən olunan vaxtdan kənarda fəaliyyət göstərib və restoranda sanitar-epidemioloji normalar pozulub. 

Ş.Kamilov küçəsində yerləşən “Olympus Pub” restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub. 

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.