OMAX Sənaye Qrupu 10 min ianə etdi

omax-senaye-qrupu-10-min-iane-etdi
Oxunma sayı: 1110

Prezident İlham Əliyevin Azərbaycanda  koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa OMAX Sənaye Qrupu MMC də qoşulub.

"Qafqazinfo"nun məlumatına görə, OMAX Sənaye Qrupu MMC cənab Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat vəsait köçürüb.