“Ombudsman bahalaşma ilə bağlı da iş görsün”

ombudsman-bahalasma-ile-bagli-da-is-gorsun
Oxunma sayı: 742

“Əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı cənab prezident tərəfindən addımlar atılır. Əməkhaqları artırılır. Ancaq bunun ardınca bahalaşmalar olur”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bugünkü iclasında ombudsmanın illik məruzəsinə münasibət bildirərkən deyib. O, bildirib ki, ombudsman bu bahalaşma məsələsini diqqətdə saxlamalıdır: “Təklif edirəm ki, ombudsman insanların həyatına təsir edən bu məsələ ilə bağlı da iş görsün”.

Günel Türksoy