Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tovuzun Ağdam kəndinə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Qeyd edilib ki, o, Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulan ərazilərdə olub.
**
S.Əliyeva cəbhə bölgəsindəki mülki yaşayış məntəqələrinin monitorinqi zamanı Tovuzun Dondar Quşçu kəndinə ağır artilleriya hücumlarının şahidi olub.
O, hücumlar nəticəsində dağıdılmış evlərə dərhal baş çəkib.