Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov, Ömər Eldarovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, onun Azərbaycanın elm və mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs etmişdir. O bildirmişdir ki, Ö.Eldarov öz yaradıcılıq fəaliyyəti və xidmətləri ilə dünya şöhrətli heykəltaraşa çevrilmiş və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görmüşdür. E.Qasımov qeyd edib ki, onun yaratdığ möhtəşəm əsərlər yalnız Azərbaycanda deyil, digər ölkələrdə də yerləşdirilib.
Daha sonra BANM-in rektoru Elmar Qasımov qeyd edibki, bu il təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycanın bugünkü iqtisadi inkişafına böyük təsir göstərən, “Əsrin müqaviləsi”nin imzalanmasının 20–ci il dönümü münasibəti ilə Bakı Ali Neft Məktəbi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçiriləcək.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov BANM-ə dəvət edildiyi və yüksək səviyyəli görüş təşkil etdiyinə görə BANM-in rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirmişdir. Azərbaycanda heykəltaraşlıq sənəti haqqında danışan Ö.Eldarov qeyd etmişdir ki, incəsənətin bu növünə Azərbaycanda meyl o qədər yüksək olmasa da Azərbaycanın bu sahədə dünyada tanınan çox məhşur heykəltəraşaları var və gələcəkdə də olacaq.
Görüşün sonunda qonaq BANM-nin professor-müəllim və tələbə heyətinin çox saylı suallarını cavablandırıb.
Son xəbərlər
Son Xəbərlər