Ömər Paşayev AÇ-nin seçmə mərhələ oyununa təyinat aldı

omer-pasayev-ac-nin-secme-merhele-oyununa-teyinat-aldi
Oxunma sayı: 648

Azərbaycanlı FİFA referisi Ömər Paşayev ilk təyinatını alıb. “Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandaların oyununu idarə edəcək.

Belə ki, Paşayev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-də Minskdə baş tutacaq Belarus – San Marino qarşılaşmasında ədalət təmsilçisi olacaq.
 
Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.