“Omicron” daha bir ölkəyə çatdı

omicron-daha-bir-olkeye-catdi
Oxunma sayı: 2588

Rumıniyada iki nəfərdə koronavirusun yeni “Omicron” ştamına yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, virus Buxarestdə təyyarə ilə Cənubi Afrikadan gələn iki sərnişində təsdiqlənib.

Bunlar, Brasov şəhərindən olan 48 yaşlı qadın və Vaslui şəhərindən olan 59 yaşlı kişidir. Hər iki şəxs evdə təcrid olunur.