“Omicron” ştamının görüntüsü yayıldı

omicron-staminin-goruntusu-yayildi
Oxunma sayı: 2185

Honqkonq Universitetinin əməkdaşları koronavirusun “Omicron” ştamının görüntüsünü yayıblar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüntü elektron mikroskopun köməkliyi ilə çəkilib.

Görüntüdə “Omicron” ştamına yoluxan meymunun böyrək hüceyrəsi əks olunub.

Qeyd edək ki, ilk dəfə Afrika ölkələrində aşkar olunan “Omicron” ştamı artıq 57 ölkədə qeydə alınıb.