“Omicron”a görə ABŞ-da daha 700 uçuş ləğv edildi

omicrona-gore-abs-da-daha-700-ucus-legv-edildi
Oxunma sayı: 910

ABŞ-da “omicron” ştamının sürətlə artması uçuşlara mənfi təsir göstərməkdə davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün ölkə üzrə 700-ə yaxın reys təxirə salınıb.

Bu barədə uçuş məlumatlarını tərtib edən “Flightaware.com” məlumatında qeyd edilib.

Bildirilib ki, bu gün dünya üzrə 2 min 200 reys ləğv edilib, 2 mindən çox reys gecikib. Ötən gün isə dünya üzrə 2800 reys ləğv edilib, 11 min reys gecikib.