“Omicron”un aşkarlanması və müalicəsi üçün texnologiya hazırlandı

“Omicron”un aşkarlanması və müalicəsi üçün texnologiya hazırlandı
Oxunma sayı: 2048

Koronavirusun yeni ştamı “Omicron”un aşkarlanması və müalicəsi üçün texnologiya hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Koronavirusla mübarizə ilə bağlı keçirilən iclasda danışan Muraşko qeyd edib ki, “Omicron”la bağlı qərar veriblər:

“Cənubi Afrikadan qayıdan ekspert qrupumuz Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyinin və federal qurumların mütəxəssisləri ilə birlikdə “Omicron”a yoluxmuş şəxslərə necə tibbi yardım göstərməyə tam qərar veriblər”.

Muraşko əlavə edib ki, rusiyalı mütəxəssislər xəstəliyin gedişatını tam tədqiq edir və lazımi laborator müayinələr aparır.

"Hazırda diaqnostika, müalicə və xəstələrin idarə edilməsi ilə bağlı texnologiyalar işlənib hazırlanıb", - rusiyalı nazir deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərinin olduğu təyyarə Cənubi Afrikaya göndərilmişdi.

Mütəxəssislərin qayıdışından sonra verilən açıqlamada “Omicron” ştamına yoluxub peyvənd olunmamış şəxslərin ağır xəstəliyə tutulduğu vurğulanıb:

“Xəstəlik peyvənd olunmamış insanlarda və xüsusilə yaşlılarda ağır keçir, peyvənd edilmiş və yoluxub sağalmış insanlarda daha yüngül olur”.