“Omicron”un yeni mutasiyası aşkarlandı

omicronun-yeni-mutasiyasi-askarlandi
Oxunma sayı: 4916

İtaliyada COVID-19 virusunun “Omicron” ştamının yeni mutasiyası aşkar edilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun “Omicron” ştamının “Xj” adlı yeni variantı Kalabriya əyalətinin səhiyyə orqanlarının laboratoriyasında aşkarlanıb və İtaliya Ali Səhiyyə İnstitutu (ISS) tərəfindən təsdiq olunub.

“Xj” variantı “Omicron”un alt-variantları “BA.1” və “BA.2”nin rekombinasiyasıdır və onun yoluxuculuq dərəcəsinin artmasına səbəb olduğu bildirilir.