“Omoniya” – “Qarabağ” oyununda şotlandiyalı hakimlər

omoniya-qarabag-oyununda-sotlandiyali-hakimler
Oxunma sayı: 1331

Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək Omoniya (Kipr) – Qarabağ oyunu üçün hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Şotlandiya Futbol Federasiyasından Bobbi Madden idarə edəcək. Ona Devid Rum və Alan Malvenni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kreyq Napyer yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.