“Omoniya”nın futbolçusu “Qarabağ”ın oyunçusundan üzr istəyib formasını aldı - Foto

omoniyanin-futbolcusu-qarabagin-oyuncusundan-uzr-isteyib-formasini-aldi
Oxunma sayı: 2526

“Omoniya”nın futbolçusu Kiko “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovla formasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb matç zamanı portuqaliyalı futbolçunun qarşılaşmanın 1-ci yarısında “Qarabağ”ın oyunçusuna qarşı kobud oynamasıdır. 

Kiko qarşılaşmadan sonra stadionun içində Abbası gözləyib. Kobud oynadığına görə ondan üzr istəyərək formasını istəyib.