Çeçenistan prezidenti Ramzan Kadırov regionda sülh naminə ömürlük həbs cəzasına razıdır.
“Qafqazinfo”nun oxu.az-a istinadən verdiyi məlumata görə, Kadırovun sözlərini RİA Novosti agentliyi sitat gətirir:
“Çeçenistan son illərdə Qərb və Avropanın Rusiyanı dağıtmaq üçün istifadə etdiyi regiondu. Mən bizim xalqın firavanlıq içərisində yaşaması və üçüncü Çeçen müharibəsinin başlanmaması üçün bütün məsuliyyəti öz üzərimə götürməyə, hətta həyatımın qalan hissəsini həbsxanada belə keçirməyə razıyam”, - Çeçenistan lideri deyib.
O qeyd edib ki, Çeçenistan höküməti heç kimi mitinqdə iştirak etməyə çağırmayıb.
“Hesab edirəm ki, əgər biz çağırış etsəydik, burada 800 min yox, 10 milyonlarla vətəndaş toplaşardı”.
Son xəbərlər
Son Xəbərlər