Ömrünün sonuna kimi tənha qalmaqdan qorxur...

omrunun-sonuna-kimi-tenha-qalmaqdan-qorxur
Oxunma sayı: 9021

“Rare” (Nadir) albomu ilə musiqi dünyasına qayıdan pop ulduz Selena Gomez eyniadlı mahnısının sözlərinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı sənətçi yuxudan əsəbi oyandığını, ömrünün sonuna qədər tənha qalmaqdan qorxduğunu bildirib:

“Çalışıram ki, bütün günü əsəbi qalmayım. 15 dəqiqə ərzində özümü sakitləşdirməyə çalışıram, hər kəs üçün bir nəfərin bu dünyada olduğunu qəbul edirəm. Ömrümün sonunadək tənha qalmaq istəmirəm. Düşündüyüm çox şeylər var, amma bunun öhdəsindən gələcəyimi bilirəm və inanıram. Özümü isə hələ uşaq hesab edirəm”.