Ömürlük cəza alan məhkumun işi apellyasiya məhkəməsinə göndərilib

omurluk-ceza-alan-mehkumun-isi-apellyasiya-mehkemesine-gonderilib
Oxunma sayı: 1164


 “Qafqazinfo” ya daxil olan məlumata görə, Hacıqabul rayon sakini Bayram Həsənovun (1978-ci il təv) barəsində CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 ( tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29,120.2.5 (tamah niyyəti ilə və ya sifarişlə qəsdən adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Apellyasiya məhkəməsinə göndərilib. Bu il yanvarın 2-də Novxanı qəsəbəsində lüləsi kəsilmiş tüfəngdən qayınatası Nəzər və qayınanası Rəfiqə Hüseynovları qətlə yetirib, həyat yoldaşı Gülnar Həsənovanı isə öldürməyə cəhd göstərib. Elə həmih gün hadisə yerindən qaçan şəxs Abşeron RPŞ-nin əməkdaşları tərəfindən Binəqədi rayon ərazisində saxlanılaraq, istintaqa təhvil verilib. 

İstintaq zamanı və sonra Bakı Ağır cinayətlər məhkəməsində keçirilən prosesdə B.Həsənov ifadəsində əvvəllər də bir dəfə evli, ilk nikahından üç ovladı olduğunu göstərib. 2007-ci ildə Gülnarla ailə həyatı qurub, onların bir övladı olub. Hadisədən bir ay əvvəl arvadı, uşağı da götürərək atası evinə gedib, bundan sonra münasibətləri daha da gərginləşib. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, qaynanası və qaynatasını əvvəlcədən öldürmək fikri olmayıb, silahı qorxutmaq məqsədi ilə götürüb. Onun sözlərinə görə, düşünüb ki yoldaşı ilə barışacaq, lakin onlar üzərinə hücüm çəkiblər, telefonu götürərək polisə zəng edəcəkləri ilə hədələyiblər, mübahisə zamanı Bayram əvvəlcə havaya atəş açıb, sonra isə qadının baş nahiyyələrinə güllə atıb, sonra isə Nəzəri öldürüb. Həsənov ifadəsində bildirib ki, əslində mübahisəyə qaynatasıgilnə aralarında olan torpaq məsələsi səbəb olub.  

Məhkəmədə ifadə verən G.Həsənova bildirib ki, Bayramla yola getməməsinin səbəbi onun tərəfindən tez-tez döyülərək, təhqir olunması olub, buna görə qadın ayrılmaq istəyib. 

Qeyd edək ki, Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Bayram Həsənov ittiham üzrə təqsirli bilinərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.