Tacikistanda ölkə Konstitusiyasına düzəliş və əlavələrlə bağlı referendumun nəticəsi açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tacikistan əhalisi Emoməli Rəhmonun ömürlük prezident seçilməsinin leyhinə səs verib. Bundan başqa, dövlət başçısı postuna namizədin yaş həddi 30 yaşa qədər endirilib. Bu isə indiki prezidentin oğlu Rüstəm Emomaliyə 2020-ci ildə bu posta namizədliyini irəli sürməyə imkan verəcək.
Dəyişikliyin leyhinə 94,5 faiz, yəni 3 milyon 814 min insan səs verib. Referendumda, ümumilikdə 4 milyon 402 min insan iştirak edib.
Son xəbərlər
Son Xəbərlər