On bir aydan sonra boşanırlar

on-bir-aydan-sonra-bosanirlar
Oxunma sayı: 4207

Ötən ilin iyulunda ailə həyatı quran türkiyəli müğənni Zeynep Bastık və meneceri Tolga Akış boşanırlar.

Bu barədə “Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir.

Xəbəri rus dilində oxuyun: Новые детали о военнослужащем, совершившим суицид

Məlumata görə, Z. Bastık T. Akışla birlikdə yaşadıqları Leventdəki evdən çıxıb və özünə Ulusda yeni ev kirayələyib.

T. Akış iddianın doğru olduğunu bildirib: “Biz boşanma qərarını bir müddət əvvəl vermişik, amma evdən yeni köçüb. Aramızda inciklik, küsülülük yoxdur. Evlilik hər kəsin öhdəsindən gələ biləcəyi şey olmaya bilər. Mənim həyatda ən yaxın dostum Zeynepdir. Onun da ən yaxın dostu mənəm. Birlikdə işləməyə davam edirik, iki gündən bir görüşürük. Gələcəklə bağlı planlarımız da var. Bizim tamamilə başqa bağlılığımız var. Həyat yoldaş olmağımızdan fərqli bir bağlılığımız var”.

O, boşanmaya xəyanatin səbəb olub-olmaması haqda suala belə cavab verib: “Biz evlilik işinin öhdəsindən gələ bilmədik. Heç aramız pozulmasın, mübahisə etməyək dedik. Xəyanət səbəbindən bitdiyini deyənlər mütləq olacaq. Amma məndən də, Zeynepdən də elə bir şey çıxmaz”.

Qanuna əsasən, cütlüyün evliliyinin bir ili tamam olmadığından onlar məhkəməyə yalnız iyul ayında müraciət edə bilərlər.

Qeyd edək ki, Z. Bastık və T. Akış üç illik münasibətdən sonra ötən il iyulun 7-də Çeşmedə ailə həyatı qurub.