Ön cəbhədə "Hesab vaxtı"

on-cebhede-quothesab-vaxtiquot-
Oxunma sayı: 2454


“Qafqazinfo” xəbər verir ki, əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib. Millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu müxtəlif kitabların hər zaman hərbi hissədə təqdimatının və imzalanmasının keçirildiyini deyən hərbi hissənin rəhbəri əsgər və hərbçilərə, hərbi hissəyə müəllifin imzası ilə verdiyi kitabların onlar üçün çox dəyərli olduğunu və maraqla oxuduqlarını deyib. Ön cəbhədə əsgər və hərbçilərimiz üçün müəllifi olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib Tədbirdə bəzi əsgərlər özlərinin yazdıqları şeirləri də oxuyublar .Sonra millət vəkili Qənirə Paşayeva əsgər və hərbçiləri maraqlandıran sualları cavablandırıb. Sonda millət vəkili Qənirə Paşayeva əsgərlərlə yemək yeyib və onlarla söhbət edib.