“Qafqazinfo” ya daxil olan məlumata görə, millət vəkili “Dağlıq Qarabağ münaqişəsi Avropa təhlükəsizliyinə başlıca təhdid kimi” adlı yeni kitabının ilk təqdimatını Ermənistanla ön cəbhədə hərbiçi və əsgərlərlə birlikdə keçirib və ilk imzalı kitabları da onlara hədiyyə edib. Əsgər və hərbçilər adından Q. Paşayevaya təşəkkürünü bildirib. Çıxış edən Qənirə Paşayeva tezliklə torpaqlarımızın geri qayıtmasını diləyib: “Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi, bayramlarımızı Dağlıq Qarabağımızda , Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”. Sonda millət vəkili əsgərləri hərbi hissənin kitabxanası üçün hədiyyə etdiyi kitabları oxumağa çağırıb.
Son xəbərlər
Son Xəbərlər