“Valideynlərim biz uşaq olanda ayrılıb. Anam bizi götürüb anasıgilə gedib. Bütün xanımların bir arzusu olur ki, toyu olsun, ağ gəlinlik geyinsin. Heç vaxt gəlinlik geyinmək arzum olmayıb. Bəlkə, ona görə Allah mənə elçilik, toy qismət etməyib. 14 il sevib yaxşı bir oğlanla yaşamışam. Məndən 3-4 yaş böyük idi. Müharibəyə getdi, mən də müğənni oldum. Sonra gəlib məni tapdı. Atamın etibarsızlığı məndə kişilərə qarşı biganəlik yaradıb. Qorxurdum ki, uşaq dünyaya gəlsə, atasız qalar, ya da ölər. Yaşadığım şəxs uşağımız olsun istəyirdi. Deyirdim ki, hazır deyiləm, 40 yaşından sonra ana olacam. 40 yaşım olmamaış o, rəhmətə getdi. Uşağım olsaydı, indi atasız qalacaqdı. Yaxşı ki, övladım olmayıb. O kitabı bağlamışam. Peşman deyiləm”.
Könül
Son xəbərlər
Son Xəbərlər