Myanmanın “National Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Mandalay şəhər hava limanında qəza enişi edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə təyyarənin ön şassisinin açılmaması səbəbindən baş verib. Bu səbəbdən pilot porsedura uyğun olaraq daha iki dövrə vurub, təxminən 25 saniyə təyyarənin burnunu yerə toxunduraraq hava gəmisini saxlamağa çalışıb.
Hadisə nəticəsində 89 sərnişinin heç biri xəsarət almayıb.
Son xəbərlər
Son Xəbərlər