“Ona 10 min manatlıq yardım edilib”

ona-10-min-manatliq-yardim-edilib
Oxunma sayı: 1532

Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, AZAL doğma meydanda "Rəvan"ı 1:0 hesabı ilə məğlub edib.

"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib:

- Ötən oyun məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət yaxşı deyildi. Hesab böyük olmalı idi, alınmadı. Ən gözəl oyunlarımızdan biri idi. Çoxsaylı qol vəziyyəti əldə etdik.

- Bu mövsüm yenə "Azal Arena"da məğlub olmadınız. Niyə səfərdə də belə yaxşı oynamırsınız?

- İrəlidə çox oyunlarımız var. Yəqin ki, səfərədə də qələbələrimiz olacaq. Hamı evdə yaxşı çıxış edir, eləcə də biz.

- Çoxsaylı şansların qaçırılması sizi narahat edir?

- Əvvəlki iki oyunda qol vəziyəti yaratmadıq. Sevindirici haldı ki, artıq çox şans yaratdıq. Çalışıb, gələcəkdə bunu da həll edəcəyik.

- Əldə etdiyimiz məlumata görə, Rüfət Musayevin atası Gənclər və İdman nazirliyinə şikayət edib. O, oğluna klub tərəfindən yetərincə qayğı olmadığını bildirib...

- Xeyir, elə deyil. Bilmirəm, bu söhbətlər haradan yaranıb. Biz onun Bakıdakı bütün müalicə xərclərini ödəmişik. Hazırda futbolçu Moskvada müalicədədi. Ona ümumilikdə 10 min manat yardım edilib. Bunun 4 minini AZAL, qalanlarını "Qarabağ", "Qəbələ", həmçinin, Rəşad Sadıqov və MirHüseyn Seyidov da yardım edib. Bakıya gələndə də bütün xərcləri ödəniləcək. Onun yol xərcləri də klub tərəfindən veriləcək.