ONA fəaliyyətə başladı

ona-fealiyyete-basladi
Oxunma sayı: 3514

Azərbaycanda Onlayn Xəbər Agentliyinin (Online News Agency - ONA) adlı yeni xəbər agentliyi fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, agentliyin yaradılmasında əsas məqsəd Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaqdır.

Əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik olan ONA xüsusi bülletenlər və onlayn rejimdə Azərbaycan, Rus, İngilis, Ərəb, Fransız və Erməni dillərində xəbərlər yayımlayacaq.