Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AFFA-nın Hesabat Konfransından sonra brifiqn keçirib.
“Qafqazinfo” xəbər verir ki, xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandıırb.
- Qətərlə yoldaşlıq görüşü haqda nə deyə bilərsiniz?
- Bu oyun bizim üçün çox vacib idi. Almaniya ilə matçaaz qalıb. Buna görə də qələbə çox vacib idi. Həmin matçda ancaq yerli çempionatda çıxış edənlərə güvəndik. Qalib gəldiyimiz üçün şadıq.
- Şahruddin Maqomedaliyev kimi klubunda oynayan futbolçuların milliyə çağırılması narazılıq doğurdu. Amma Nizami Hacıyev kimi futbolçular yığmadan kənar qaldı…
- Millinin baş məşqçisi mənəm və buna mən qərar verirəm. Çox adam çox şey deyə bilər. Amma bu mənim seçimimdir. Mən milliyə çağırılan bütün futbolçuları lazım bilmişəm. Ona görə də dəvət etmişəm.
- Almaniya ilə oyunda əsas problemlərdən biri də qapı xətti ilə bağlıdır. Kamran Ağayev zədə səbəbindən xeyli müddətdir oynamır...
- Razıyam, qapı ilə bağlı problemlərimiz var. Kamran artıq ehtiyatda qalır. Səlahət Ağayev Qətərlə oyunda yaxşı idi. Ondan razı qaldım. Təəssüf ki, oyunun sonunda zədələndi. Almaniya ilə matça hələ 10 gün var. Bilmirik, necə olacaq. Amma Kamran "1 nömrə"li qapıçımızdır.
- Millimizdə oynamağa razılıq verən “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanı cəmi 1 günlük çağırdınız. Buna səbəb nə idi? Ab-hava məsələsi olsaydı, onsuz da, “Qarabağ”da milli futbolçularımızla bir yerdə oynayır və ab-havanı bilir...
- Almeyda Almaniyaya qarşı oynamayacaq. Ona görə də risqə getmək istəmədik. Qətərlə oyunda Almaniyaya qarşı çıxış edə biləcək futbolçuları yoxlamağa qərar verdik. Onunla bağlı sənədlər qaydasındadır.
- Almaniya ilə oyunda komandaların səviyyə vərqi hamıya məlumdur. Komandanı bu oyuna kökləmək çətin olmayacaq ki?
- Bizim üçün ən asan oyun Almaniya ilə qarşılaşmadır. Çünki Almaniyanın gücü hamıya məlumdur. Rəqibimiz nəinki qrupun, ümumilikdə dünya çempionatının favoritidir. Ona görə də komandanın kökləmək çətin olmayacaq.
- “Kicker” jurnalının əməkdaşı bildirib ki, Almaniya yığması Azərbaycana minimum 5 qol vuracaq...
- Mən həmin jurnalistlə görüşsəm də, aramızda belə söhbət olmayıb. Ona dedim ki, bizimlə qarşılaşma milliniz üçün çətin olacaq.
- Qətər tərəfi Azərbaycanla yoldaşlıq görüşünün videogörüntüsünü yaymır, buna hərbi sirr kimi yanaşır. Bu, müasir futbolda nə dərəcədə doğrudu?
- Mən də bunu başa düşmürəm. Amma bu barədə Qətər Futbol Assosiasiyasından soruşmaq lazımdı.
Son xəbərlər
Son Xəbərlər