İkram İsrafil bildirib ki, professor Cəmil Həsənlinin siyasi fəaliyyətini əvvəllər də yaxından izləyib:
“Ancaq onu 5 il həmkar olaraq cox yaxından tanımaq imkanım oldu. Çox hörmət etdiyimiz və hörmətə layiq bir aydınımız olduğunu hər kəs bilir. Cəmil müəllimin prezidentliyə namizədliyinə səs verən, kampaniyasında əlimdən gələni hamı kimi edən biri olduğumu hər halda özü bilir. Ancaq hörmətli Cəmil müəllimi bundan sonra acımasız, ancaq şəxsi maraqlarından və çıxarlarından başqa heç nə düşünməyən insanların istismar etməsini istəməzdim. Cəmil müəllimi partiyadan uzaqlaşdıranların bu gün ona göstərdikləri sevginin nə qədər müddət çəkəcəyini hər halda professor özü hamıdan yaxşı bilir. Çox şeylər yazmaq olar, amma hesab edirəm ki, hamı hər şeyi məndən də yaxşı bildiyindən burada dayanıb hörmətli Cəmil müəllimə kiçik qardaşı kimi bir məsləhətim var. Siz sizi səmimi qəbul edənlərin etibarını və etimadını prezidentliyə namizəd kimi doğrultdunuz. Eyni zamanda bu prosesdən şəxsi maraqları üçün istifadə etmək istəyənlərin arzularını gözlərinizdə qoydunuz. Məsləhətim odur ki, bundan sonra da sizdən istifadə etməklə bitməmiş arzularını bitirmək istəyənlərdən uzaq olasınız”.
Son xəbərlər
Son Xəbərlər