“Ona müraciət etməyin mənası yoxdur” – - Oqtay Əsədov

ona-muraciet-etmeyin-menasi-yoxdur-
Oxunma sayı: 1690


“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib. O qeyd edib ki, Vatikanda olub, oranı gəzəndə gördüb ki, heykəl var: “Dedilər ki, erməni katolikosunun heykəlidir. Dedilər bu da bizim koordinaldır. Ancaq arxa qapıdan gələn koordinal. Əgər onlar bunu belə qəbul edirlərsə, biz normal yanaşmalıyıq. Dünyada siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri belə siyasətə qatılmamalıdırlar. 100 il əvvəl olan məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”. 

Spiker bildirib ki, Türkiyədə 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var: “İndi necə oldu ki, 1,2 milyon ermənini qırıblar. Bu tarix məsələsidir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə koordinal hesab edirlər. Məsələ aydındır”.